"İnter"in baş məşqçisi: "Oyunçularımdan xahiş etmişəm, "Qarabağ"ı məğlub edin"
01 oktyabr 2014 17:34 (UTC +04:00)

"İnter"in baş məşqçisi: "Oyunçularımdan xahiş etmişəm, "Qarabağ"ı məğlub edin"

“Nahaq yerə “Qarabağ”ı qiymətləndirməmişik. “Qarabağ”ı qiymətləndirməmək mümkün deyil. “Qarabağ” kifayət qədər yaxşı komandadır, ciddi rəqibdir”. Lent.az-ın xəbərinə görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Maççarri yerli mediaya açıqlamasında bildirib.

 

V.Maççari “Qarabağ”la oyuna məsuliyyətlə yanaşdıqlarını da sözlərinə əlavə edib: “Qarabağ”la oyuna ciddi məsuliyyətlə hazırlaşırıq. Bu gün (oktyabrın 1-də anadan olub V.Maççari-red) mənim ad günümdür. Oyunçularımdan xahiş edirəm, “Qarabağ”ı məğlub edin və qələbəni ad günümə hədiyyə edin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417

Oxşar yazılar