«Traktor» rəqib meydanında qələbə qazanıb
06 sentyabr 2013 04:19 (UTC +04:00)

«Traktor» rəqib meydanında qələbə qazanıb

İranın futbol üzrə birinciliyində 8-ci həftənin oyunları keçirilib.

 

Lent.az-ın məlumatına görə, bu turda Qum şəhərinin «Yadiqare imam» adına stadionda yerli «Səba» klubu ilə Təbrizin «Traktor» futbol klubları qarşılaşıb.

 

Birinci hissənin 12-ci dəqiqəsində «Traktor»-un oyunçusu Fərşad Əhmədzadə birinci qolu vurub. 24-cü dəqiqədə isə «Səba»-nın oyunçusu Fərid Behzadi - Kərimi hesabı bərabərləşdirib.

 

İkinci hissədə isə «Traktor» daha 2 qol vurub. Səid Dəqiqi 82 və Kərim Ənsarifərd 86-cı dəqiqələrdə qol vuraraq, komandalarının qələbəsini qətiləşdiriblər.

 

 

Beləliklə, «Traktor» rəqib meydanında 3 – 1 qələbə qazanıb.

 

Bu qələbədən sonra «Traktor» 15 xalla turnir cədvəlində 3-cü yerə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar