“Xəzər Lənkəran”ın futbolçusuna göstərilən vərəqə ləğv edildi
03 sentyabr 2013 16:06 (UTC +04:00)

“Xəzər Lənkəran”ın futbolçusuna göstərilən vərəqə ləğv edildi

“Xəzər Lənkəran” klubunun futbolçusu Manuel Skarlatakeyə Topaz Premyer Liqasının III turunda “Qarabağ”la oyun zamanı göstərilmiş sarı vərəqə üstündən 2 tur keçdikdən sonra ləğv edilib. Lent.az-ın məlumatına görə, həmin oyunun 60-cı dəqiqəsində baş hakim Rəhim Həsənov Skarlatakenin qeyri-idman hərəkətinə yol verdiyini səbəb göstərərək, ona xəbərdarlıq edib.

 

Lənkəran təmsilçisi isə İntizam Komitəsindən sarı vərəqəyə yenidən baxılmasını xahiş edib. Matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi aşkar edilib. Nəticədə sarı vərəqə ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar