“Real” 50 milyonluq Neymarı 60 min avroya almayıb
05 sentyabr 2013 18:58 (UTC +04:00)

“Real” 50 milyonluq Neymarı 60 min avroya almayıb

 

İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Neymar haqqında ilginc həqiqət ortaya çıxıb. Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu vaxtilə “Real Madrid”in qapısından qayıdıb.

 

“Kral klubu” Neymarı hələ 2006-cı ildə 14 yaşında ikən İspaniyaya gətirib. “Real Madrid”in prezidenti Florentino Peres gələcək ulduzun atası ilə görüşüb. Peres Neymarı 60 min avroya komandasında görmək istəsə də, o vaxtlar klubun icraçı direktoru olan Karlos Martines de Albornos bu keçidə icazə verməyib.

 

Qeyd edək ki, Neymar “Barselona”ya mayın 26-da Braziliya “Santos”undan 50 milyon avroya keçib. Onunla 5 illik müqavilə bağlanılıb. Futbolçunun illik əmək haqqı 7 milyon avro təşkil edəcək.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar