“Qarabağ”ın tarixi qələbəsi
24 dekabr 2012 11:10 (UTC +04:00)

“Qarabağ”ın tarixi qələbəsi

Futbol üzrə Topaz Premyer Liqasının XVIII turu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatının bütün mövsümlərində güclülər dəstəsində çıxış edən komanda “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib.

 

Bununla da “Qarabağ” tarixi qələbə əldə edib. Bu matçadək 574 oyun keçirən komanda 139 dəfə uduzub, 136 dəfə heç-heçə etməklə 299 qələbə qazanmışdı. Lənkəranlılar üzərindəki qələbə isə sayca 300-cü olub. Texniki nəticələri top fərqində nəzərə almasaq, 819 top vuran komanda bu müddətdə 492 top buraxıb. Texniki qələbələrin sayı isə 15-ə bərabərdir.

Qeyd edək ki, “Qarabağ”a qədər yalnız “Neftçi” 300 qələbə səddini arxada qoymağı bacarıb və qələbə satında Ağdam təmsilçisini qabaqlayır.

# 749
avatar

Oxşar yazılar