“Qalatasaray” yenə xal itirdi 
31 avqust 2013 05:12 (UTC +04:00)

“Qalatasaray” yenə xal itirdi 

Futbol üzrə Türkiyə çempionatında III tura start verilib. Apsport.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub. 


Günün ilk oyununda “Konyaspor” doğma arenada “Kasımpaşa”nı qəbul edib. Oyuna erkən qolla başlayan ev sahibi komanda ikinci hissədə rəqibin 2 qoluna mane ola bilməyib və meydandan 2:1 hesabı ilə məğlub ayrılıb. 

Digər qarşılaşmada isə son çempion “Qalatasaray” səfərdə “Əskişəhərspor”un qonağı olub. Ötən tur “Bursaspor”la 1:1 bərabərə qalan “Cim-Bom” bu oyunda da xal itirib – 0:0. 

Qeyd edək ki, III tur bu gün keçiriləcək 3 oyunla davam edəcək.


Türkiyə Superliqası 
II tur

30 avqust

“Konyaspor” – “Kasımpaşa” – 1:2
Qollar: A. Çamdalı, 3 – S. Büyüksal, 78, R. Babel, 90.

“Əskişəhərspor” – “Qalatasaray” – 0:0



31 avqust

“Kayserispor” – “Elazığspor” 

“Antalyaspor” – “Bursaspor” 

“Fənərbaxça” – “Sivasspor”


1 sentyabr

“Beşiktaş” – “Qaziantepspor” 

“Karabükspor” – “Gənclərbirliyi” 

“Rizespor” – “Ərciyəsspor” 

“Akhisar BS” – “Trabzonspor” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar