“Qalatasaray” 1/8 finalda!
11 dekabr 2013 18:20 (UTC +04:00)

“Qalatasaray” 1/8 finalda!

Türkiyənin “Qalatasaray” klubu futbol üzrə Çempionlar Liqasında 1/8 finala yüksəlib. Lent.az-ın məlumatına görə, B qrupunda VI turun ötən gün yarımçıq qalmış və bu gün oynanılan qarşılaşmasında “sarı-qırmızılar” İtaliya “Yuventus”unu yenib – 1:0.

 

Yeganə topu 86-cı dəqiqədə Uesli Sneyder vurub. Bu qələbə sayəsində xallarını 7-yə çatdıran “Qalatasaray” qrupu 2-ci pillədə tamamlayıb. Nəticədə “Cim-Bom” qrup lideri İspaniya “Real Madrid”i ilə birgə Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib. 6 xalla qrupda 3-cü yeri tutan “Yuventus” isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809

Oxşar yazılar