“Neftçi” ilə oyun öncəsi müqaviləsini uzatdı
16 avqust 2013 14:47 (UTC +04:00)

“Neftçi” ilə oyun öncəsi müqaviləsini uzatdı

Zaqatalanın “Simurq” futbol klubu baş məşqçi Georgi Çixradze ilə müqavilə müddətini uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mütəxəssislə daha 2 illik anlaşma əldə edilib.

 

Çixradze 2011/12-ci il mövsümünün XXIV turunda rəsmən "Simurq"un sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda ötən mövsüm tarixində ikinci ən yaxşı nəticəni göstərib. Bu, 4-cü pillə olub. Çixradze Zaqatala təmsilçisini Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxarıb, çempionatda 16 oyundan qələbə, 9 məğlubiyyət, 18 heç-heçə ilə ayrılıb. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb. 

 

Qeyd edək ki, bu mövsüm “Simurq” 2 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb.  Zaqatala komandası növbəti turda – avqustun 17-də “Neftçi”nin qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar