“Fənərbağça” Emenikeni qaytardı
07 avqust 2013 15:01 (UTC +04:00)

“Fənərbağça” Emenikeni qaytardı

Türkiyənin “Fənərbağça” klubu Rusiya “Spartak”ının futbolçusu Emmanuel Emenikeni geri qaytarıb. Lent.az-ın İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, nigeriyalı hücumçu tibbi müayinədən uğurla keçsə, rəsmi müqaviləyə imza atacaq.

 

26 yaşlı oyunçunun keçidi “sarı-lacivərdlilər”ə 13 milyon avroya başa gəlib. O, köhnə-yeni komandasında ilə 2,4 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Emmanuel Emenike 2011-ci ildə məhz “Fənərbağça”dan “Spartak”a keçib. O, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı genişmiqyaslı araşdırmalar çərçivəsində bir neçə gün həbsdə yatdıqdan sonra klubunu dəyişib. Forvardı “Fənərbağça” – “Karabükspor” matçının danışılmış olduğunu hüquq-mühafizə orqanlarına bildirməməkdə günahlandırıblar. Bu ilin aprelində Emenike günahı sübuta yetirilmədiyi üçün əfv olunub. O, “Spartak”ın heyətində 51 oyuna 24 qol vurub. Bu mövsüm isə hücumçu 4 matçda 3 dəfə fərqlənib və komandasının bombardirinə çevrilib. Emenike həm də Afrika Millətlər Kubokunu qazanan Nigeriya millisində 4 qolla turnirin bombardiri olub. 

 

# 592
avatar

Oxşar yazılar