
“Beşiktaş”dan yeni transfer - FOTO
Liqasının qrup mərhələsində “Porto” üzərində səfər qələbəsi qazanan (3:1) “Beşiktaş” heyətini gücləndirməyə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “ağ-qaralar” hücum xəttini gücləndirir.
Yarımmüdafiəçi Atiba Hatçinsonun bir ay əvvəl kluba məsləhət gördüyü Kanada yığmasının forvardı Kayl Larinlə danışıqlar, nəhayət ki, müsbət nəticələnib. 22 yaşlı futbolçu yanvar ayında Türkiyə çempionuna havayı keçəcək. Çünki onun hazırkı klubu “Orlando” ilə müqavilə müddəti dekabrın sonunda başa çatacaq. “Orlando” rəhbərliyinin yeni müqavilə təklifini rədd edən Larin “Beşiktaş”la 4,5 illik müqaviləni razılaşdırıb. Gənc oyunçunun illik məvacibi 600 min avro təşkil edəcək.
Qeyd edək ki, Kayl Larin “Orlando”nun heyətində bu mövsüm keçirdiyi 24 çempionat matçında 11 qola imza atıb.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04