“Bakı” rəhbərliyi klubun baş meneceri Zeynal Məmmədovun AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılması ilə bağlı apellyasiya verəcək. Bu barədə Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.
Onun sözlərinə görə, Z. Məmmədov Topaz Premyer Liqasının VI turunda “Xəzər Lənkəran”la görüşün fasiləsi zamanı Ramil Diniyevin başçılıq etdiyi hakimlər briqadasını təhqir etməyib: “Sadəcə, Zeynal müəllim hakimlərdən obyektiv olmalarını istədi. R. Diniyev isə yol verdiyi səhvlərdən özünü sığortalamaq üçün protokolda təhqir olunduğunu yazıb. Halbuki onun fikri oyunda olsaydı, belə şey yazmazdı”.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Zeynal Məmmədovu 5 oyunluq cəzaya, “Bakı”nı isə 5000 manat cəriməyə məruz qoyub.