Fransanın əfsanəsi milli komanda karyerasını bitirir.
Apasport.az xəbər verir ki, Olivier Jiru artıq Fransa üçün oynamayacaq. Onun futbol həyatının ABŞ-də davam edəcəyi gözlənilir.
Jiru Fransa yığmasında ən çox qol vuran futbolçudur. Belə ki, hücumçu meydana çıxdığı 137 oyunda 57 dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, dünən Avropa Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İspaniya - Fransa görüşündə Olivier Jiru 79-cu dəqiqədə meydana daxil olub. Onun komandası turnirlə vidalaşıb.