UEFA “Yuventus” barədə belə qərar qəbul edə bilər
22 yanvar 2023 16:03 (UTC +04:00)

UEFA “Yuventus” barədə belə qərar qəbul edə bilər

UEFA İtaliyanın “Yuventus” klubunu Avropa kuboklarında iştirak hüququndan məhrum edə bilər.

Lent.az-ın xəbərinə görə, bu barədə “La Gazzetta dello Sport” qəzeti yazıb.

Əgər klubun ödənişlər zamanı maxinasiyalara yol verdiyi təsdiqlənərsə, UEFA belə qərar qəbul edə bilər. Ancaq “Yuventus” İtaliya çempionatında iştirakını Avropa kuboklarına qatılmadan başa vurarsa, belə sanksiya qəbul olunmayacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası şübhəli transferlərə görə “Yuventus” klubunun 9 xalının silinməsinə dair iddia qaldırıb. Yanvarın 20-də İtaliyanın Futbol Federasiyası Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb.

Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün mühasibat sənədlərində səhv məlumatlar daxil edilib.

Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib. Klub qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarına görə Fabio Paratiçi (idman direktoru) 2,5 illik, Andre Anyelli (prezident) və Mauritsio Arrivabene 2 illik, Federiko Kerubini (idman koordinatoru) 1,4 illik, Pavel Nedved (inzibatçı) 8 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859

Oxşar yazılar

İlham Əliyevin nəvəsi  kunq-fu üzrə dünya çempionu oldu

İlham Əliyevin nəvəsi kunq-fu üzrə dünya çempionu oldu

18 may 2025 , 16:27
Mbappenin sevimli yeməyi:  milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

Mbappenin sevimli yeməyi: milyonçu futbolçu nəyə müqavimət göstərə bilməz

18 may 2025 , 14:36
Dünyanın  ən gözəl hokkeyçisi   elə  FOTOLAR   paylaşdı ki...

Dünyanın ən gözəl hokkeyçisi elə FOTOLAR paylaşdı ki...

18 may 2025 , 12:31
Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00