Türkiyə klubu Dzyubaya  müqavilə təklif etdi
16 avqust 2022 11:05 (UTC +04:00)

Türkiyə klubu Dzyubaya müqavilə təklif etdi

Türkiyənin "Adana Dəmirspor" futbol klubu rusiyalı hücumçu Artyom Dziubaya rəsmi müqavilə təklifi edib. 

Lent.az bildirir ki, bu barədə “Sport24”ə komandanın idman direktoru Gökhan Gektürk məlumat verib.

“Adana Dəmirspor”da Dzyubanın “Zenit”dəki keçmiş komanda yoldaşı, ukraynalı Yaroslav Rakitski çıxış edir. Bundan başqa, Türkiyə klubunda keçmiş italiyalı hücumçu Mario Balotelli də oynayır.

Avqustun 10-da Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin Dzyubanın özünə yeni klub tapmaqda çətinlik çəkdiyini açıqlayıb. O, futbolçunun maliyyə gözləntilərini şişirtdiyini bildirib.

Mayın 22-də "Zenit" hücumçunun gedişini elan edib. Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edib, Sankt-Peterburq komandasının tərkibində 4 dəfə ölkə çempionu olub.

# 2061
avatar

Oxşar yazılar