“Trabzonspor”da 5-ci  Şenol Günəş dövrü bitdi
10 mart 2025 18:43 (UTC +04:00)

“Trabzonspor”da 5-ci Şenol Günəş dövrü bitdi

Super Liqa təmsilçisi “Trabzonspor” baş məşqçi Şenol Günəşlə yollarını ayırdığını açıqlayıb.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, "Trabzonspor"un açıqlaması belədir:

“Mövsümün əvvəlində hörmətli Şenol Günəşlə təkcə baş məşqçi olaraq deyil, həm də onun təcrübələrindən yararlanaraq gələcəyin “Trabzonspor”unu qurmaq planları qurmuşduq. 

Proqram çərçivəsində Günəşin obyektlər və investisiyalar üçün də cavabdeh olacağı yaxşı bir korporativ struktur yaratmaq məqsədi ilə başladıq.
Təəssüf ki, liqada istəmədiyimiz nəticələri əldə etdik. Və bu məqamda baş məşqçi postunda qan dəyişikliyinə ehtiyac ortaya çıxdı. 

Biz dərhal yeni texniki direktor axtarışına başladıq. Biz bütün prosesi şəffaf şəkildə ictimaiyyətlə paylaşacağıq.

“Trabzonspor” ictimaiyyətinə və böyük azarkeşlərimizə hörmətlə elan olunur”.

Fatih Tekke, Arda Turan, İqor Tudor, Şota Arveladze və Nuri Şahinin "Trabzonspor"un baş məşqci postuna namizədlər olduğu iddia edilib.

“Trabzonspor” 5-ci Şenol Günəş dövründə istədiyi nəticəni əldə edə bilməyib. Komanda Günəşin rəhbərliyi altında oynadığı 23 oyunda 8 qələbə, 6 heç-heçə və 9 məğlubiyyətlə 30 xal toplayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42