"Tottenhem" "Mançester Siti"nin hücumçusunu alır
11 avqust 2025 13:02 (UTC +04:00)

"Tottenhem" "Mançester Siti"nin hücumçusunu alır

"Mançester Siti"nin hücumçusu Savinyo karyerasını "Tottenhem"də davam etdirə bilər.

Lent.az xəbər verir ki, London klubu 21 yaşlı braziliyalının transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçunun özü də yeni komandaya keçməyə açıqdır. "Tottenhem"in baş məşqçisi Tomas Frank Savinyonu öz heyətində görmək istəyir.

Savinyо 2024-cü ilin yayından "Mançester Siti"də çıxış edir. O, İngiltərə klubunun heyətində 48 oyuna çıxıb, 3 qol vurub və 13 qol ötürməsi edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar