Markus Raşford və keçmiş sevgilisi Lyusia Loy
17 may 2021 19:33 (UTC +04:00)

Markus Raşford və keçmiş sevgilisi Lyusia Loy

Səkkiz ildən sonra ayrıldılar – “Birlikdə çox vaxt keçirdik” 

“Mançester Yunayted” və İngiltərə millisinin hücumçusu Markus Raşford, səkkiz illik münasibətlərindən sonra Lyusia ilə yollarını ayırmağa qərar verib, lakin ona olan sevgi və hörmətini saxlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, planetin ən bahalı futbolçularından biri sayılan Markus Raşford həyatının ən yaxşı dövrünü yaşamır. Onun transfer qiyməti təxminən 100 milyon avro qiymətləndirilir. 

Bu yaxınlarda 23 yaşlı ulduz futbolçu əməliyyata hazırlaşırdı və indi də sevgilisi ilə yollarını ayırıb.

“Mançester Yunayted”in hücumçusu Lyusia Loy ilə qızın 15 yaşı olandan görüşürdü. Qız Markusu dünya ulduzu statusuna yüksəlməsinə qədər müşayiət edirdi. 

Eyni zamanda, cütlük bir qalmaqal olmadan ayrılıb və necə deyərlər bir-birlərinə sevgi və hörmətlərini qoruyurlar.

Münasibətlərdəki gərginliyin səbəbi ... koronavirus pandemiyası adlanır, buna görə gənclər çox vaxt keçirməyə məcbur olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Oxşar yazılar