Şəhriyar Məmmədyarov
24 iyun 2021 16:36 (UTC +04:00)

Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Harri Kasparovla qarşılaşacaq - İLK DƏFƏ

Rapid və blits şahmat üzrə “Grand Chess Tour” çərçivəsində baş tutacaq üçüncü turnirin iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq yarış iyulun 5-12-də baş tutacaq.

Yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da qüvvəsini sınayacaq. Onun rəqibləri arasında 13-cü dünya çempionu Harri Kasparov da yer alıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan şahmatçı ilə ilk dəfə qarşılaşacaq.

Onlardan başqa, turnirdə Maksim Vaşye-Laqrav (Fransa), Yan Nepomnyaşi, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Aniş Giri, Yorden van Forest (hər ikisi Niderland), Vişvinatan Anand (Hindistan), İvan Sariç (Xorvatiya), Anton Korobov (Ukrayna) və Yan Kşiştof Duda (Polşa) mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040
avatar

Oxşar yazılar