Marko Verratti, Messi ilə bir təsadüfi şam yeməyinin hər şeyi necə dəyişdiyini açıqlayıb.
"Biz İbizada idik. Neymar yanıma gəldi və dedi: bu axşam Leo ilə nahar edəcəyik", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Verratti xatırlayır.
"Beləliklə, masada mən, Messi, Paredes, Ney və Di Maria idik. Söhbət edirdik, zarafatlaşırdıq və bir anda Leoya eyham vurmağa başladıq: Parisə gəl".
"Axşam gec vidalaşdıq və ertəsi gün Messinin “Barselona” ilə problemləri olduğu haqda xəbərlər yayıldı. Sonra Ney zəng etdi: "Marko, Leo bizə qoşulur". Sehrli bir gecə idi".
Bir neçə gün sonra bu rəsmiləşib: Messi PSJ-nin oyunçusu olub.