Rusiya UEFA-nı  tərk edir
27 noyabr 2022 21:22 (UTC +04:00)

Rusiya UEFA-nı tərk edir

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçid məsələsini İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə edəcək.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə  İttifaqın rəhbəri Aleksandr Dyukov bildirib. 

Qeyd edək ki, Rusiya komandalarına tətbiq edilən sanksiyalardan sonra Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına daxil olmağı planlaşdırır. 

Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqası və Asiya Çempionatından ibarətdir.
 

# 1815
avatar

Oxşar yazılar