“Real” 6 ayda  500 milyon avrodan çox   qazanıb
25 mart 2025 17:35 (UTC +04:00)

“Real” 6 ayda 500 milyon avrodan çox qazanıb

Aralıq maliyyə hesabatının nəticələrinə görə, "Real" 2024/25 mövsümünün ilk altı ayında 589,8 milyon avro qazanıb.

Lent.az xarii KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, klubun mövsümün ilk 6 ayında gəliri ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9 faiz artıb.

Yenilənmiş “Santyaqo Bernabeu” ev stadionunun iş vaxtından kənarda istismarı kluba mövsümün əvvəlindən 43,9 milyon avro qazandırıb - bu, 2023/24 mövsümü üçün eyni maddədən əldə olunan gəlirin 95 faizdən çoxudur. Oyun günü gəliri ötən mövsümün eyni dövründəki 94,5 milyon avro ilə müqayisədə 149,6 milyon avro olub. Hər oyunda tam dolu olan “Bernabeu”ya bilet əldə etmək demək olar ki, mümkün deyil.

Bu mövsüm ən pis göstərici isə sentyabr ayında La Liqada “Alaves”lə oyuna gələn 67 480 azarkeş olub. Bütün yarışlarda qalan 19 “Real” oyununda izdiham 70.000-dən çox olub.

İlk altı ayda biletlər, mövsüm biletləri və üzvlük haqlarından əldə olunan gəlir 2023/24 mövsümünün birinci yarısı ilə müqayisədə 58,3 faiz artaraq 149,6 milyon avro təşkil edib.

Klubun marketinq gəlirləri də artıb. Onların məbləği 250,4 milyon avro təşkil edir ki, bu da əvvəlki mövsümün birinci yarısı ilə müqayisədə 70 milyon avro çoxdur. Mağazadaxili satışlar 39,6 faiz artaraq 49,6 milyon avroya çatıb. Sponsorluq və lisenziya gəlirləri artıb (37,2 faiz artaraq 157,7 milyon avroya çatıb).

Qeyd olunur ki, "Real" növbəti dəfə mövsümü rekord gəlirlə başa vura bilər. Bundan əvvəl Madrid klubu 2023/24 mövsümü üçün 1 milyard avrodan çox qazanan ilk klub olub. “Kral klubu” nun gəliri 1,045 milyard avro təşkil edib. 

Siyahıda sonrakı yerləri “Mançester Siti” (837,8 milyon avro), PSJ (805,9 milyon avro), “Mançester Yunayted” (770,6 milyon avro) və “Bavariya” (765,4 milyon avro) tutub.
Bu mövsüm "Real" İspaniya çempionatının turnir cədvəlində əlavə göstəricilərə görə "Barselona"dan geri qalır. Karlo Ançelottinin komandası Çempionlar Liqası və İspaniya Kubokunda da mübarizəni davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar