Pol Poqbanın karyerasını  harada davam etdirəcəyi   məlum oldu
25 mart 2025 14:20 (UTC +04:00)

Pol Poqbanın karyerasını harada davam etdirəcəyi məlum oldu

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Pol Poqba karyerasını harada davam etdirəcəyinə qərar verib.

Poqbanın dopinq qadağası başa çatıb və futbol oynamaqda sərbəstdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, Poqba Lionel Messi və Luis Suaresin yer aldığı MLS klubu “İnter Mayami”yə keçəcək. Fransız futbolçu ilə danışıqlar inkişaf mərhələsindədir.

32 yaşlı yarımmüdafiəçinin son klubu futbolçunun ötən ilin oktyabrında müqaviləsini pozduğu Turin "Yuventus"u olub.

Daha əvvəl bildirilmişdi ki, Poqba yalnız aparıcı Avropa çempionatlarından təklifləri nəzərdən keçirir. “Marsel” onun müqavilə imzalayacağı əsas namizədlərdən biri kimi göstərilirdi.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında ANSA agentliyi A Seriyasının ilk turunun “Udineze” ilə oyunundan sonra Poqbanın dopinq testinin testosteron üçün müsbət çıxdığını bildirmişdi. B nümunəsi də müsbət olub. 2024-cü ilin fevralında futbolçu dörd il müddətinə futboldan uzaqlaşdırılıb. Daha sonra İdman Arbitraj Məhkəməsi (CAS) diskvalifikasiya müddətini 18 aya endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42