İstanbulda ATIŞMA:  Azərbaycan vətəndaşı yaralandı
25 mart 2025 07:02 (UTC +04:00)

İstanbulda ATIŞMA: Azərbaycan vətəndaşı yaralandı

Türkiyədə atışma zamanı üç nəfər vətəndaşı yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib.

Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb.

Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.

Canayətkarlar hadisə yerindən qaçıblar.  Polis əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar