Uşaqları və valideynləri birləşdirən GİZLİ DİL
25 mart 2025 15:04 (UTC +04:00)

Uşaqları və valideynləri birləşdirən GİZLİ DİL

Bəzi ifadələrin, göründüyü qədər günahsız olmasına baxmayaraq, uşaqlarda qəzəb və ya göz yaşlarına səbəb olduğunu hiss etmisinizmi?

Məsələn, “Niyə yenə üç aldın?” və ya “Bax, Maşa necə yaxşı davranır!” kimi cümlələr uşağı motivasiya etmir, əksinə, onu valideynlərindən uzaqlaşdırır. Bəs uşağın qapanmasının qarşısını necə almaq və onun sizə güvənməsini necə təmin etmək olar?

Lent.az xarici mediaya istinadla bütün bu suallara cavabları təqdim edir:

Məsələ ondadır ki, böyüklər çox vaxt uşaqla avtoritet mövqeyindən, yəni hökmranlıq edərək danışırlar. Uşaq bu təzyiqi hiss edir və ya üsyan edir, ya da özünə qapanır.

Ünsiyyəti daha effektiv etməyin yolları

İttiham yerinə suallar verin

"Sən niyə oyuncaqları yığmadın?" demək əvəzinə, "Səncə, konstruktiv harada daha yaxşı dursa? Birlikdə bir qutu alaq?" deyə soruşun.

Bu yanaşma uşağın fikirlərinə hörmət etdiyinizi göstərir və konfliktin qarşısını alaraq problemi birlikdə həll etməyə imkan yaradır.

Davranışı yox, hisslərinizi ifadə edin

"Sən yenə zəng etmədin!" əvəzinə, "Gecikəndə narahat oluram" deyin.

Bu, uşağa tənqid hiss etdirmədən onun davranışlarının başqalarına necə təsir etdiyini anlamağa kömək edər.

Bədən dilinə diqqət yetirin

Uşağınızı qucaqlayın, hətta yeniyetmə olsa belə. Onun problemləri haqqında danışarkən göz təmasını qoruyun. Bəzən sadəcə dinləmək, uzun-uzadı nəsihət verməkdən daha təsirli olur.

Diqqətlə qulaq asın

Uşağınızı heç vaxt yarımçıq kəsməyin. Onun danışdığı əhəmiyyətsiz görünsə belə, bu onun üçün mühüm ola bilər. Valideynin reaksiyası uşağa onun duyğularına və düşüncələrinə hörmətlə yanaşıldığını hiss etdirir.

Nəticə: Əgər uşaq xırda şeyləri belə sizinlə bölüşməkdən çəkinmirsə, zaman keçdikcə o, ən böyük qorxularını və arzularını da sizə etibar edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar