“Mançester Siti” Rodrinin zədələnməsindən sonra yeni transfer üçün hərəkətə keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub rəhbərliyi bunun üçün baş məşqçi Xose Qvardiolaya 145 milyon avroluq büdcə verib.
Məlumata görə, ispaniyalı mütəxəssis istədiyi oyunçunu bu büdcə ilə trasnfer edəcək.
Qeyd edək ki, “Arsenal”la baş tutan sonuncu qarşılaşmada zədələnən Rodrinin bu sezon daha oynamayacağı bildirilib.