Qurban Qurbanov "Qarabağ"la  yeni müqavilə   imzaladı
11 may 2022 16:44 (UTC +04:00)

Qurban Qurbanov "Qarabağ"la yeni müqavilə imzaladı

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşmaya əsasən, Qurbanov daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq. 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

# 1800
avatar

Oxşar yazılar