Qurban Qurbanov
13 may 2022 08:50 (UTC +04:00)

Qurban Qurbanov

Qurban Qurbanov: “Qarabağ”ın dəyəri adlı-sanlı klublardan böyükdür”

“Ölkə xaricində çalışmaq barədə maraqlanmamışam. Mənim üçün vacib olan “Qarabağ”dır.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə yeni 3 illik müqavilə bağlamasına münasibət bildirib. O, “Qarabağ”ı xarici klublara dəyişmək barədə düşünmədiyini vurğulayıb: “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Adlı-sanlı klub olsa belə. Hansısa klubu çalışdırmaq haqda düşünmürəm. Yaxın gələcəkdə ancaq “Qarabağ”ı fikirləşirəm”.

Çalışdırıcı həmçinin yarımmüdafiəçi Patrik Andrade və qapıçı Luka Quqeşaşvili ilə yeni müqavilə üzəridə danışıqların davam etdiyini bildirib.

# 1437
avatar

Oxşar yazılar