"Qarabağ"ın  ÇL-dəki cavab oyununa hakim təyinatları açıqlandı
09 iyul 2024 10:14 (UTC +04:00)

"Qarabağ"ın ÇL-dəki cavab oyununa hakim təyinatları açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununa hakim təyinatları açıqlanıb.

Lent.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Ukrayna Futbol Federasiyasından Viktor Kopiyevski idarə edəcək. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki,  Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. Cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar