"Qarabağ"dan qapıçı transferi  AÇIQLAMASI
12 yanvar 2022 14:52 (UTC +04:00)

"Qarabağ"dan qapıçı transferi AÇIQLAMASI

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.

23 yaşlı qapıçı Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.

# 1278
avatar

Oxşar yazılar