Arda Turan
26 iyun 2021 13:29 (UTC +04:00)

Arda Turan

“Qalatasaray”dan Arda Turanla bağlı QƏRAR

“Qalatasaray”ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.

Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə “cim-bom”la 1+1 il formatında müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda Turan ötən il yenidən “sarı-qırmızılılar”a qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar