“Qalatasaray” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI
28 avqust 2024 01:09 (UTC +04:00)

“Qalatasaray” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrənin “Yanq Boyz” komandasını qəbul edib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb – 0:1.

Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.

Bununla da “Qalatasaray” Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar