PSJ-dən Premyer Liqaya
11 yanvar 2022 04:27 (UTC +04:00)

PSJ-dən Premyer Liqaya

PSJ-nin futbolçusu Abdu Diallo karyerasını İngiltərədə davam etdirə bilər.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, müdafiəçinin xidmətində “Vest Hem” maraqlıdır.

Premyer Liqa təmsilçisi futbolçunu icarəyə götürməyi planlaşdırır. Baş məşqçi David Moyes bu keçidin qışda reallaşmasını istəyir. O, müdafiə xəttinin gücləndirilməsini zəruri sayır.

Diallo 2019-cu ilin yayından Fransa klubunun şərəfini qoruyur. O, Dortmund “Borussiya”sından 32 milyon avroya transfer olunub.

Qeyd edək ki, Abdu cari mövsümdə 13 matçda meydana çıxıb. Onun müqaviləsi 2024-cü ildə başa çatacaq.

# 1440
avatar

Oxşar yazılar