Nicat Abasov hindistanlı şahmatçıyla heç-heçə etdi
12 aprel 2024 05:52 (UTC +04:00)

Nicat Abasov hindistanlı şahmatçıyla heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Lent.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda hindistanlı Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb.

Abbasov ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.

Digər oyunlara gəlincə, Əlireza Firuzca (Fransa) - Dommaracu Qukeşə (Hindistan) qalib gəlib, Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri isə patla bitib.

Yeddi turdan sonra Yan Nepomnyaşi vahid liderdir, o, 4,5 xal toplayıb.

Karuana, Qukeş və Praqnanandha 2-4-cü yerləri bölüşür, onların hər biri rusiyalıdan 0,5 xal geri qalır. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar (5-6-cı yerləri bölüşdürüblər), Firuzca (2,5 xal) yeddinci, Nicat Abasov isə 2 xalla sonuncudur.

Səkkizinci turda N.Abasov turnirin vahid lideri Yan Nepomnyaşi ilə qarşılaşacaq.

# 1779
avatar

Oxşar yazılar