Neymar dünya çempionatında  oynamayacaq?
25 noyabr 2022 19:32 (UTC +04:00)

Neymar dünya çempionatında oynamayacaq?

Braziliya millisinin hücumçusu Neymar Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin qalan oyunlarında iştirak etməyəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Dani Qil sosial şəbəkədə məlumat yayıb.

Mənbənin sözlərinə görə, hücumçunun DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun İsveçrə ilə matçını buraxmaq ehtimalı var.

Qeyd olunur ki, Braziliya millisinin çalışdırıcısı Tite də Kamerunla qrup mərhələsinin son oyununda Neymarı riskə atmaq istəmir.

30 yaşlı futbolçunun 2022-ci il dünya çempionatının pley-off mərhələsinə qədər zədəsini sağaltacağı gözlənilir.

Neymar Serbiya ilə noyabrın 24-də keçirilən oyunda (2:0) zədələnib. Braziliyalı futbolçu 68-ci dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkoviçlə toqquşduqdan sonra əvəzlənib. Onu sağ topuğunda problem yarandığı üçün Entoni əvəzləyib. 

Meydandan çıxan Neymar göz yaşlarını saxlaya bilməyib və dərhal həkimlər onun ayağını müayinə ediblər. Daha sonra Braziliya yığmasının həkimi Rodriqo Lasmar futbolçunun sağ topuğunun burulduğunu bildirib.


 

# 2001
avatar

Oxşar yazılar