Braziliyanın “Santos” klubunun 33 yaşlı hücumçusu Neymar “Barselona”ya qayıtmaq arzusundadır.
Lent.az-ın məlumatına görə, "Sky" xəbər verir ki, braziliyalı futbolçunun nümayəndələri Kataloniya klubunun nümayəndələri ilə ilkin müzakirələr aparıblar.
Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib, 186 oyunda 105 qol vurub və 76 məhsuldar ötürmə verib.