“Neftçi” avrokuboklarla vidalaşdı
12 avqust 2022 01:12 (UTC +04:00)

“Neftçi” avrokuboklarla vidalaşdı

“Neftçi” növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan vitse-çempionu konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Laurentsiu Regekampfın yetirmələri Avstriyada “Rapid”lə üz-üzə gəlib. Bakıda rəqibini 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” Vyanada çətin sınağa çıxıb.

Görüşün 90 dəqiqəsində bir qol vurulub. Bu, ikinci hissənin ortalarına təsadüf edib. Meydan sahibləri Marko Qrüllün qoluna sevinib. Ümumi hesabda tarazlıq yarandığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Ferdi Druyfun qolu “Rapid”i pley-offa daşıyıb. “Neftçi” isə avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, pley-offa yüksələn “Rapid” qrup mərhələsinin bir addımlığında “Vaduts”la görüşəcək. Bu raundun görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
11 avqust
22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) - 2:0

Qollar: Marko Qrüll, 67, Ferdi Druyif, 113

“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 20. Maksimilian Hofmann (k), 13. Torsten Şik, 9. Qvido Burqştaller, 27. Marko Qrüll, 22. Martin Kostselnik, 29. Ante Bayiç, 24. Patrik Qrayl, 34. Nikolas Sattlberger, 7. Nikolas Gerrit-Kün
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 39. Rene Krivak, 43. Leopold Querfeld, 23. Yonas Auer, 19. Mixael Sollbauer, 28. Morits Osvold, 41. Bernhard Zimmerman, 5. Roman Kersbaum, 10. Yusuf Demir, 38. Ferdi Druyif
Baş məşqçi: Ferdinand Feldhofer

“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 2. Mert Çelik, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. “Veststadion”
İlk oyun – 1:2

# 2220
avatar

Oxşar yazılar