Amerikalı Emma Navarro Meridada keçirilən WTA 500 turnirinin qalibi olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın 10-cu tennisçisi, amerikalı milyarder Ben Navarronun qızı Emma Navarro Meksikanın Merida şəhərində keçirilən sərt kort üzrə WTA 500 turnirinin çempionu olub.
Finalda amerikalı Emiliana Aranqonu (Meksika, WTA 133) iki setdə 55 dəqiqə ərzində iki simit asaraq məğlub edib.
23 yaşlı Navarro karyerasında ikinci titulunu qazanıb. 2024-cü ildə Hobartda keçirilən turnirin qalibi olub.
Mükafatlandırma mərasimində o, sərvəti üç milyard dollarla qiymətləndirilən atası Ben Navarro ilə rəqs edib.