Futbol üzrə İspaniya millisinin hücumçusu Alvaro Morata Avropa çempionatının sonunda millini tərk edə biləcəyini deyib.
Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.
“Mən hər şeyin ən yaxşı şəkildə bitməsini istəyirəm. Avropa çempionatından sonra millidən getməyim tamamilə mümkündür. Bu ehtimal mövcuddur. Bu haqda çox danışmaq istəmirəm, amma oxşar variantı düşünürəm. Xaricdə özümü daha xoşbəxt hiss edirəm, çünki orada mənə hörmət edirlər. İspaniyada heç kimə və heç nəyə hörmət yoxdur”, - Morata bildirib.
Alvaro Morata 2014-cü ildən İspaniya millisində çıxış edir. O, millidə 78 oyun keçirib və 36 qol vurub. 2023-cü ilin yazında Luis de la Fuente milli komandaya qoşulduqdan sonra Morata kapitan sarğısını alıb.
Avropa çempionatında Morata beş oyunun hamısında iştirak edərək bir qol vurub
Avropa çempionatının yarımfinalında İspaniya millisi Münhendə Fransa ilə qarşılaşacaq. Görüş iyulun 9-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 32:00-da başlayacaq.