"Milan" onu satmaqdan imtina etdi
07 iyun 2023 15:14 (UTC +04:00)

"Milan" onu satmaqdan imtina etdi

“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanla maraqlanır.

Lent.az xəbər verir ki, London klubunun nümayəndələri milanlıların rəhbərliyindən 27 yaşlı fransızı satmağa hazır olub-olmadıqlarını soruşublar. İtaliya klubu isə bundan imtina edib.

Bu mövsüm Menyan bütün yarışlarda 29 oyuna çıxıb, 27 qol buraxıb və 10 dəfə qapısını təmiz saxlayıb. O, zədə səbəbindən mövsümün bir hissəsində iştirak edə bilməyib. Transfermarkt qapıçının dəyərini 35 milyon avro qiymətləndirir.

# 2982
avatar

Oxşar yazılar