"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
28 mart 2024 11:25 (UTC +04:00)

"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq

"Milan"ın "Boka Xuniors"da çıxış edən argentinalı müdafiəçi Aaron Anselmino ilə maraqlanır.

Lent.az "pianetamilan.it" nəşrinə istinadla xəbər verir ki, İtaliya klubu artıq razılığa çox yaxındır, lakin danışıqların nəticəsi, ilk növbədə, futbolçunun özünün istəyindən asılı olacaq.

Argentina tərəfi bunun üçün təxminən 20 milyon avro istəyir.

Qeyd edək ki, “Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

# 1704
avatar

Oxşar yazılar