Messi Mbappe haqqında  NƏLƏR DEDİ?
26 sentyabr 2022 18:20 (UTC +04:00)

Messi Mbappe haqqında NƏLƏR DEDİ?

PSJ-nin argentinalı hücumçusu Lionel Messi komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini bölüşüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Messi Mbappeni təkbətək oyunda yaxşı çıxış edən heyvan adlandırıb. “Kilian açıq yerə qaçır, çox sürətlidir və çoxlu qol vurur. Mbappe tam oyunçudur və artıq bir neçə ildir ki, bunu nümayiş etdirir. Qarşıdakı illərdə o, ən yaxşılar arasında olacaq, mən əminəm", - argentinalı deyib. 

Daha əvvəl Mbappenin dünyanın ən çox maaş alan futbolçusu olduğu bildirilirdi. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Mbappe daha 20 milyon dollar sponsorluq müqavilələri qazandıracaq.

Mayın 21-də 23 yaşlı Mbappenin "Real"ın təklifinə baxmayaraq, karyerasını PSJ-də davam etdirəcəyi məlum olub. Fransa klubu ilə yeni müqavilə 2025-ci il iyunun 30-na qədərdir.


 

# 2328
avatar

Oxşar yazılar