Cənubi Koreya polisi “Seul”un yarımmüdafiəçisi Cessi Linqardı lisenziyasız elektrik skuter idarə etdiyinə görə cərimələyib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Cənubi Koreyada mövcud qanunvericiliyə görə, ölkədə elektrik skuter idarə etmək üçün lisenziya almalısınız.
Cərimə 128 avro təşkil edib.
Ötən ilin sentyabrında Linqard sərxoş maşın sürdüyü üçün Böyük Britaniyada 18 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Linqard 2024-cü ilin fevralında Cənubi Koreyaya gedib. O, “Seul”un heyətində 18 oyunda meydana çıxıb və 4 qolu var.