Mbappe "Real"la müqavilə imzaladı
05 aprel 2024 13:37 (UTC +04:00)

Mbappe "Real"la müqavilə imzaladı

“Real Madrid” fevralın əvvəlində PSJ-nin 25 yaşlı fransız hücumçusu Kilian Mbappe ilə müqavilə imzalayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir ki, müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədərdir.

Beş il ərzində Mbappe Kral Klubunda 225 milyon avro qazanacaq. Bundan başqa, o, azad agent kimi bu transferə görə 150 milyon avro alacaq.

Transfermarkt Mbappenin transfer dəyərini 180 milyon avro qiymətləndirir.

# 1890
avatar

Oxşar yazılar