Marko Yankoviç  uzun müddət oynamayacaq - ZƏDƏSİ AĞIRDIR
19 sentyabr 2025 16:36 (UTC +04:00)

Marko Yankoviç uzun müddət oynamayacaq - ZƏDƏSİ AĞIRDIR

0

"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç təxminən altı həftə meydanlardan kənarda qalacaq.

Bu barədə Lent.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, futbolçunun zədəsi əvvəlcə əzələ spazması kimi qiymətləndirilmişdi:

"Belə ki, "Benfika" ilə oyunda da bu ehtimal nəzərdə tutulurdu. Lakin MRT müayinəsi zədənin daha ciddi olduğunu ortaya çıxardı. Müayinə nəticəsində dördbaşlı əzələnin gərilməsi diaqnozu qoyuldu. Markonun tam sağalıb komandaya qoşulması təxminən altı həftə çəkəcək".

Xatırladaq ki, Marko Yankoviç "Benfika" ilə görüşün 77-ci dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk etmişdi. Qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar