Bosniya və Herseqovinada 26 yaşlı Adna Rovanin-Omerbeqoviç toyundan az sonra ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, gənc qadın tanınmış bloqer və gözəllik salonunun sahibi idi.
Toy mərasimi şənbə günü, 14 sentyabrda baş tutub. Toy gecəsi gəlinin qəfil vəziyyəti pisləşib, onu təcili olaraq xəstəxanaya aparıblar. Həkimlər onda koma vəziyyəti qeydə alıblar. Qızın səhhəti sürətlə pisləşib və iki gün sonra, 15 sentyabrda, o dünyasını dəyişib.
İlkin məlumatlara görə, ölümün səbəbi beyin silkələnməsi (sarsıntısı) ola bilər. Lakin bu versiya hələ rəsmi təsdiqini tapmayıb. Hüquq-mühafizə orqanları dəqiq ölüm səbəbini müəyyən edəcək məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyirlər.
Hazırda istintaq aparılır.