“Mançester Yunayted” Fransadan  hücumçu alır   - FOTO
08 may 2022 01:59 (UTC +04:00)

“Mançester Yunayted” Fransadan hücumçu alır - FOTO

“Mançester Yunayted” Uqo Ekitikeni ala bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, İngiltərə klubu “Reyms”də çıxış edən 19 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

İki klub arasında danışıqlara artıq start verilib. Lakin Ekitikenin xidmətində digər klubların da maraqlı olması Mançester təmsilçisinin işini çətinə salıb. “Bavariya”, “Arsenal” və “Nyukasl” da Uqonu heyətinə görmək niyyətindədir.

Qeyd edək ki, “Reyms”in yetirməsi olan hücumçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, cari mövsümün 21 matçında 9 qola imza atıb.

# 2508
avatar

Oxşar yazılar