İki çəki dərəcəsində “Ultimate Fighting Championship” (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2025-ci il fevralın 1-də yeni zelandiyalı Den Hukerlə döyüşəcək.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Dona Korbi “X” səhifəsində məlumat verib.
"Növbəti döyüş 2025-ci il fevralın 1-də Səudiyyə Ərəbistanında baş tutacaq. Rəqib kimdir? Den Huker", - Makqreqor bildirib.
Qeyd edək ki, Makqreqorun 36 yaşı var. Onun hesabında 22 qələbə və 6 məğlubiyyət var. İyunun sonunda Makqreqor UFC 303-də amerikalı Maykl Çandlerlə döyüşməli idi.
Lakin irlandiyalı döyüşə hazırlıq zamanı ayağının barmağını sındırdıqdan sonra döyüş ləğv edilib. 2021-ci ilin iyulunda amerikalı Dastin Puarye ilə keçirdiyi son döyüşdə Makqreqor ayağını sındırıb.
Makqreqorun rəqibi Hukerin 34 yaşı var və qarışıq döyüş növləri üzrə 36 döyüş keçirib. Onun adında 24 qələbə və 12 məğlubiyyət var.