Luis Enrike İspaniya  yığmasından gedəcək
05 dekabr 2022 18:56 (UTC +04:00)

Luis Enrike İspaniya yığmasından gedəcək

İspaniya millisinin baş məşqçisi Luis Enrike dünya çempionatı başa çatdıqdan sonra istefa verəcək. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, müqaviləni yeniləməkdən imtina edib.

İspaniya yığmasının baş məşqçi postuna əsas namizədlərdən biri daha əvvəl "Sevilya", "Valensiya", "Vilyarreal" və "Atletik Bilbao"da çalışmış Marselino Toraldır.

Luis Enrikenin rəhbərliyi altında İspaniya millisi Avro-2020-nin yarımfinalına yüksəlib.

Dünya çempionatının 1/8 finalında ispanlar dekabrın 6-da Mərakeş yığması ilə qarşılaşacaqlar.

# 1665
avatar

Oxşar yazılar