"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold klubu tərk etmək fikrində olmadığını bildirib.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, müdafiəçi deyib ki, 20 ildir bu klubdadır: “Dörd-beş dəfə müqaviləmi yenilədim və heç vaxt ictimaiyyətə açıqlanmadı. Növbəti dəfə də belə olacaq. Ən azı bu mövsüm “Liverpul” oyunçusu olmaq istəyirəm. Həmişə deyirdim ki, komandanın kapitanı olmaq istəyirəm. Bu mənim məqsədimdir, vəzifəmdir.
Ən əsası titullar qazanmaqdır. Mən qazanmaq istəyirəm. Mən həmişə bununla çox motivasiya olmuşam.
Keçən mövsüm çempionluğa yaxın idik. Bu mövsüm yaxşı görünürük. Bəli, mövsüm yeni başlayıb, ardıcıllıq nümayiş etdirib, çoxlu rəqibi məğlub etməliyik. Çətin olacaq, lakin biz mümkün qədər çox kubok qazanmaq istəyirik”, - Aleksandr-Arnold vurğulayıb.
Trent Aleksandr-Arnold “Liverpul”un yetirməsidir 25 yaşlı ingilisin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/25 mövsümündə müdafiəçi bütün turnirlərdə "Liverpul"un heyətində 6 oyunda 2 məhsuldar ötürmə edib.