Lilian Tyuramın millidəki  rekordunu yenilədi
28 mart 2023 12:10 (UTC +04:00)

Lilian Tyuramın millidəki rekordunu yenilədi

Fransa millisinin hücumçusu Olivye Jiru 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda (1:0) iştirak edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, oyun zamanı hücumçu 36 yaş 178 günlük olub. Bunun sayəsində Jiru 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.

Jiru 36 yaş 164 gün ilə Fransa yığmasında çıxış edən əfsanəvi müdafiəçi Lilian Tyuramı keçib.

Ümumilikdə Olivye Jiru Fransa millisinin heyətində 121 oyun keçirib və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur. Jiru 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Fransanın heyətində dünya çempionu olub.


 

# 1170
avatar

Oxşar yazılar